Moskva-Orenburq reysi ilə uçan təyyarə izləmə xəritəsindən itib
06.05.2024

Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus Aerobus A321 sərnişin təyyarəsi Flightradar uçuş izləmə xidmətinin xəritəsindən itib.

APA-nın  Rusiya  bürosu xəbər verir ki,  təyyarə  xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və  Nijni-Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.

Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib.

visiontv.az