İranın müttəfiqi cinayətkar elan edildi
07.03.2024

Küveyt Ali Məhkəməsi İrana bağlı terrorçu Livan Hizbullahını cinayətkar təşkilat elan edib.

Bu barədə “Əl-Aləm” saytı məlumat yayıb.

Bildirilib ki, Küveytin Ali Məhkəməsinin qərarı ilə Hizbullah terror təşkilatı qadağan edilmiş cinayətkar qruplaşma adlandırılıb.

"Hizbullah İran hökumətinin prinsip və əsaslarına əməl edən onu İslam və Ərəb ölkələrində yaymaöa çalışan təşkilatdır",- Ali Məhkəmənin qərarında bildirilib.

Qeyd edilib ki, Hizbullah-a hər cür dəstək və onunla əməkdaşlıq cinayət sayılır.

visiontv.az