Hikmət Hacıyev: Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistanla yaxşı qonşuluq münasibətlərinə malikdir
01.05.2026

Biz Azərbaycan və region üçün sülh dolu gələcəyə baxırıq.

Bunu  Azərbaycan Prezidentinin köməkçisi - Prezident  Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri  Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun qarşısında çıxış edərkən deyib.

O qeyd edib ki, rəsmi Bakının xarici siyasət konsepsiyasında bütün qonşularla yaxşı qonşuluq və sülh münasibətləri  Azərbaycanın bir nömrəli prioritetidir.

Hikmət Hacıyev vurğulayıb ki, müharibə vəziyyətinə görə bu tam şəkildə həyata keçməmişdi.

“Lakin bu gün məmnuniyyətlə deyə bilərəm ki, Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistan Respublikası ilə dostluq və yaxşı qonşuluq münasibətlərinə malikdir”, - Prezidentin köməkçisi əlavə edib

visiontv.az