İranda helikopter qəzasında həlak olanların cənazələri Təbrizə göndərilib, axtarışlar başa çatıb
20.05.2024

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri də göyərtəsində olduğu helikopterin qəzasında həlak olanların hamısının cənazələri hadisə yerindən çıxarılıb.

Bu barədə Qırmızı Aypara Cəmiyyətinin İran üzrə rəhbəri Pir Hüseyn Kolivənd deyib.

O bildirilib ki, axtarış başa çatıb, cənazələrin hamısı sonrakı proseslər üçün Təbrizə yola salınıb.

visiontv.az