İran vitse-prezidenti: “12 günlük müharibə ilə rejimin devrilməsi planı bitdi”
13.10.2025

İranın vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, BMT-nin baş katibi ilə görüş zamanı o, 12 günlük müharibədən sonra İran hakimiyyətinin devrilməsi planının uğursuzluğa düçar olduğunu deyib.

Arifin sözlərinə görə, görüş xarici ölkələrdən birində baş tutub və BMT baş katibi ona belə deyib: “Bu 12 günlük müharibə ilə İran sisteminin və hakimiyyətinin yox edilməsi işi bağlandı”.

O, çıxışı zamanı əlavə edib: “İnqilabın başlanğıcından bəri düşmənlər sistemimizi dağıtmağa çalışıblar, ancaq onların hər bir addımı uğursuzluqla nəticələnib və əksinə, milli həmrəyliyimizi daha da gücləndirib”.

visiontv.az