Trampın dostu...
24.11.2026

ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Çinin Şençjen şəhərində onunla Vladimir Putin və Si Szinpinin görüşünə həsr olunan fotolar paylaşıb. AzadlıqRadiosunun Rusiya xidməti yazır ki, fotolardan birində Trampın Rusiya Prezidenti Vladimir Putinlə ələ sıxışması əks olunub. Tramp bu fotonu “Mənim dostum” sözləriylə paylaşıb.

Tramp həmçinin Çin lideri Si Szinpinlə fotosunu “dostlar”, 1943-cü il SSRİ, Britaniya və ABŞ liderlərinin Tehran konfransından olan görüntünü isə “Böyük güclər – 1945, 2026” başlığı ilə yayımlayıb.

1945-ci ildə SSRİ, Britaniya və ABŞ arasında Yalta konfransı təşkil olunub. Bəzi şərhçilər Şençjendəki görüşü məhz bu konfransla müqayisə edirlər.

Tramp bundan öncə də Putini dəfələrlə “dost” adlandırıb. Şençjen görüşündən öncə sualları cavablandıran ABŞ lideri Putinlə çox yaxşı münasibətlərinin formalaşdığını deyib. Onun bu açıqlaması bəzi avropalı siyasətçilərin tənqidinə səbəb olub. Polşa baş naziri Donald Tusk bu şərhə “Tanrım bizi belə dostlardan qoru” sözləriylə reaksiya verib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Trampın Putinin istənilən şey hesab etmək haqqının olduğunu, amma Ukrayna üçün onun hər zaman “qatil” qalacağını bildirib.

Çin, ABŞ və Rusiya liderləri tarixdə ilk dəfə noyabrın 19-da görüşüblər. Görüşün yekununda 4 bəndlik bəyanat qəbul edilib. O, əsasən nüvə silahının yayılmaması, Beynəlxalq Cinayət Məhkəməsinin tənqidi və digər sahələrini əhatə edib. Ukrayna haqqında sənəddə xatırlatma yer almayıb. Finlandiya Prezidenti Aleksandr Stubb sonradan bildirib ki, Ukrayna məsələsi layihədə olsa da sonra ABŞ onun buradan çıxarılmasını tələb edib. Stubb bunu doğru addım adlandırıb.

visiontv.az