Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
24.11.2026

Xəzər dənizinin akvatoriyasında müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.

Bu barədə Dövlət Dəniz və Liman  Agentliyindən (DDLA) məlumat verilib.

Bildirilib ki, DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, noyabrın 25-də gün ərzində  Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləkləri müşahidə olunacaq.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.

visiontv.az