İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında avqustun 11-də əməkdaşlıq çərçivələrinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar aparılacaq.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.
Onun sözlərinə görə, AEBA rəhbərinin müavini Tehrana səfər edəcək.
Hər hansı nüvə obyektlərində yoxlamalar isə tərəflər razılığa gəlməyincə planlaşdırılmır.
visiontv.az