Sosial media üzərindən yazdığım qeydlər
Sərdar bəyə prezident olmağı, camaatla, qoca, qadın, uşaqla necə ünsiyyət qurmağı öyrətsə bizimki öyrədəcək. Adamda lider kimi bir damcı keyfiyyət yoxdur. Camaat arasına çıxanda nəyinki ünsiyyət qura bilir, hətta özünü elə itirir ki, gözünü gizlətməyə yer tapa bilmir.
***
Heç nəyin ənənəvi halı qalmayıb. Son illər hətta müharibə etməyin, danışıqlar aparmağın, sülh müqaviləsi bağlamağın da ənənəvi halı ilə rastlaşmırıq. Rusiya-Ukrayna və ABŞ-İran müharibələri də ənənəvi deyil. İndiki müharibələrdə dövlətlər proksi qüvvələr kimi iştirak edir. Kimin proksi gücü olduğu isə çox vaxt qeyri-müəyyən qalır.
***
Mən başa düşmədim. Yumurta bir qəpik olub, yoxsa ümumiyyətlə marketlərdən yoxa çıxıb? Bu gün 3 marketə baxdım yumurta olmadı. Qardaş, bacı mənə bir qəpiklik yumurta lazım deyil 10 qəpiyə ver amma ver.
***
Avropa Parlamenti miqrantların Avropadan qovulması barədə qanun qəbul edib. 666 deputatdan 428 nəfər sənədin lehinə səs verib. Bu da sizə tolerant, demokratik, azad Avropa. Reyqan vaxtilə dahiyanə proqnoz vermişdi. Deyirdi vaxt gələcək faşistlər liberal adı altında idarə edəcəklər. O dövr məhz bu dövrdü. Gəlib çatmışıq.
***
Müctəba Xamenei İran xalqına müraciətində deyib ki, mən ABŞ ilə razlaşmanın tərəfdarı deyildim amma Pezeşkian xahiş etdi deyə dedim cəhd elə gör nəsə alınır.
Bu da dədəsi kimi etdiyini boynuna almır ki, baş tutmasa Pezeşkianı xalq düşməni elan edib, versin "rasxo"da.
Şöhrət El-Dəniz
visiontv.az