İran Statistika Mərkəzinin 1404-cü il üzrə açıqladığı yeni hesabat ölkə iqtisadiyyatında zəif artım və bəzi sahələrdə daralma olduğunu göstərir. Rəqəmlərə əsasən, ümumi daxili məhsul (ÜDM) neft də daxil olmaqla 0,2% artıb, neft nəzərə alınmadan isə 0,3% azalma qeydə alınıb.
Hesabata görə, kənd təsərrüfatı sektorunda 2,9% azalma, sənayedə isə 1,5% geriləmə baş verib. Xidmət sektoru cüzi – 0,3% artım göstərsə də, ümumi iqtisadi aktivlikdə zəif dinamika müşahidə olunur. Bu göstəricilər iqtisadiyyatın əsas sahələrində təzyiqin davam etdiyini ortaya qoyur.
İqtisadçıların bir hissəsi bu tendensiyanın davam edəcəyi halda inflyasiyanın daha da yüksələ biləcəyi və sosial-iqtisadi risklərin arta biləcəyi barədə xəbərdarlıq edir.
visiontv.az