İran pulu ucuzlaşmaqda davam edir
05.03.2024

Seçkilərdən sonra ucuzlaşması sürətlənən İran pulu, dollar qarşısında yenidən dəyərini itirib.

Bu barədə Tehranın valiyuta bazarındakı mənbələr məlumat yayıb.

Bilirilib ki, bu gün azad bazarda hər bir ABŞ dollarının qiyməti 61 min tümənə çatıb.

Bununla yanaşı avro və qızılın da dəyərinin kəskin artdığı bildirilib.

Qeyd edək ki, HƏMAS-ın 7 oktyabr tarixlərindəki hücumundan əvvəl Tehranın açıq bazarında ABŞ dollarının məzənnəsi 49 min 800 tümən civarında idi.

Qəzzada müharibə başlayandan bu günə kimi İran pulunun dollar qarşısında ucuzlaşması sürətlənib.

visiontv.az