”İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır”
”İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır”
24.02.2024 Elxan Şahinoğlu Tərəfindən

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın Ermənistana hərbi texnika göndərməsini şərh edərkən,”İran Ermənistanın Fransa ilə hərbi əməkdaşlığına hörmətlə yanaşır” açıqlamasını verib.

Maraqlıdır, “bölgəyə aidiyyatı olmayan ölkələr Cənubi Qafqaza müdaxilə etməsinlər” – tələbini irəli sürən İran rəsmilərinin, din xadimlərinin, diplomatlarının, generallarının həqiqətənmi İrəvana deyəcəkləri sözü yoxdur? Azərbaycan hansısa Qərb ölkəsindən silah və hərbi texnika alsaydı, Tehranın Bakı əleyhinə açıqlamaları ard-arda gələrdi, söhbət Ermənistandan getdiyinə görə susurlar. Tehran Avropa İttifaqının hərbi müşahidə missiyasının Ermənistan ərazisində İranla sərhəddə yaxın ərazidə yerləşməsinə də seyrçidir. Deməli, Tehran mübarizə apardığı hər hansı Qərb ölkəsinin istənilən anti-Azərbaycan siyasətinin yanındadır.

Elxan Şahinoğlu

Visiontv.az