İlon Maskın Trampı dəstəkləmək üçün bu qədər pul xərclədi
25.10.2024

Amerikalı iş adamı, Tesla və SpaceX şirkətlərinin sahibi İlon Mask oktyabr ayında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki kampaniyasına 43 milyon dollardan çox ianə verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Politico" ABŞ Federal Seçki Komissiyasının (FEC) hesabatına istinadən yazır.

Yeni kampaniya maliyyə sənədlərinə görə, Elon Musk Donald Trampı dəstəkləyən PAC-ın siyasi aksiyasına daha 43,6 milyon dollar xərcləyib.

Biznesmen Senatdakı Respublikaçıların siyasi fəaliyyət komitəsinə də 10 milyon dollar xərcləyib.

FEC-in statistikasına əsasən, Mask bu il ABŞ-da ən böyük siyasi donorlardan birinə çevrilib. O, Trampa ümumilikdə 118 milyon dollardan çox ianə edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İlon Mask sosial şəbəkələrdə dəfələrlə Trampı dəstəkləyib.

Visiontv.az