Hələ ölməmişik Əli...
16.11.2025

Son günlər İran mediasında sabiq prezident Həsən Ruhaninin edamı açıq və sərt şəkildə müzakirə edilərkən, reformist qanadın digər üzvü keçmiş XİN naziri işləmiş Əli Əkbər Nateq Nuri olduqca maraqlı açıqlamalar verərək Ruhanini müdafiə edib. Hərbi qanadın ABŞ və Qərb ilə münasibətləri korlamasının İranın milli maraqlarına ziyan vurmasını və 'İranın ən böyük səhvi 1979-da ABŞ səfirliyinə hücum idi. Bunu etməməli idik' deyə açıqlamaları oldu. Nateq Nurinin açıqlamalarından qısa alıntı:

Əlbəttəki bugün cənab Ruhani ətrafında baş verənlər, Nəbəvi, Musəvi kimi mötədil şəxslərin də başına gəldi. Radikallar davranışlarındakı ziddiyyətə cavab verməyə ehtiyac görmürlər. Onlara bu imkanı verənlərə sual etmək istərdimki, inqilabdan sonrakı sistemin qurulmasında çox pay almayan radikallar mötədil şəxsləri istehza və xainlik mövzusu etmək hüququna malikdirlərmi? Onlar ABŞ səfirliyini CASUS YUVASI adlandırmaq yerinə həll yolu təklif etməli idilər. Bugünki problemlərdə məhz bu ilkin qərarlardan qaynaqlanır.

P.S. İranda daxili təmizlənmə dövrü gedir və indi İranın siyasi sferasında Nateq Nuri, Həsən Ruhani, Əli Laricani və Reza Bahonardan ibarət bir meydan formalaşıb. Post-Xamneyi dövrü və varislik məsələsi finala çatmaqdadır və daxili dava daha da su üzünə çıxır.

Pərviz Əliyev

visiontv.az