Gürcüstanda “Maydan” ssenarisi sadəcə müzakirə edilməyib, həm də buna hazırlıqlar görülüb
11.02.2025

Gürcüstanda “Maydan” ssenarisi sadəcə müzakirə edilməyib, həm də buna hazırlıqlar görülüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər nazri Maka Boçorişvilinin bəyanatında belə qeyd edilib.

XİN başçısı Gürcüstanın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu vurğulayıb.

Boçorişvili müxtəlif Avropa rəsmilərinin Gürcüstanda qeyri-sabitlik, həmçinin konstitusiya quruluşuna qarşı müxtəlif ssenarilər arzusunda olduqlarını qeyd edib.
“Bunlar arasında “Maydan” ssenarisi də var ki, bu yalnız müzakirə edilməyib, buna həm də hazırlıqlar görülüb”, - nazir qeyd edib.