Güneyli milli fəal həbs edilib
05.12.2023

Güney Azərbaycanın Əhər şəhərindən olan milli fəal saleh Molla Abbasi bu gün səhər saatlarında saxlanılıb.

Fəalın ailə üzvlərinin verdiyi məlumata görə, yerli vaxtla səhər saat 08:30 radlərində təhlükəsizlik məmurları Molla Abbasinin evinə hücum ediblər.

Məmurların onu döyüb və təhqir edərək özləri ilə apardıqları bildirilib.

Qeyd edək ki, Molla Abbasi bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanlıb.

Onun son həbsinin barəsində çıxarılan 3 ay 1 günlük həbs qərarının icrası ilə bağlı olduğu ehtimal edilir.

Visiontv.az