83 yaşlı Al Paçino: "Bu yaşda ata olmaq əyləncəlidir"
16.10.2024

Dünya şöhrətli aktyor Al Paçino 16 aylıq övladı Romandan danışıb.

BAKU.WS xəbər verir ki o, BBC-yə müsahibəsində 83 yaşında ata olmağın əyləncəli olduğunu vurğulayıb.

"Bu uşağa görə ətrafda olmaq istəyirəm. Ümid edirəm səhhətim və sağlığım yerində olar və o da atasının kim olduğunu bilər. Zaman-zaman mənə mesaj atır. Etdiyi hər şey realdır. Onun söhbət edirik. Onunla görüntülü danışanda nəğmələr oxuyuram. Bu formada əlaqə qurmağa çalışırıq. Bu yaşda ata olmaq əyləncəlidir".

Xatırladaq ki, Roman ötən il dünyaya gəlib. O aktyorun Nur Alfallahla münasibətindən doğulub.

Visiontv.az