“Times Higher Education World University Rankings 2025” dünyanın ən yaxşı universitetlərini açıqladı
17.10.2024

9 oktyabr 2024-cü ildə dərc edilən “Times Higher Education World University Rankings 2025” dünyanın ən yaxşı universitetlərini açıqladı. Paylaşım üçün Nobel həftəsinin bitməsini gözlədim. Çox hərəkətli və həyəcanlı keçdi bu həftə. Fizika və kimya üzrə verilən mükafatlar Elmin hansı istiqamət və müstəviyə təkamül etdiyini göstərdi. Bu istiqamət Bəşəriyyətin önümüzdəki 50-100 il içindəki perspektivlərinin konturlarını çəkməyə kömək edəcək…

Beləliklə, gələk 2025 reytinqlərinə…

 DÜNYANIN ƏN YAXŞI UNİVERSİTETLƏRİ 2025

Birinci yerdə İngiltərənin Oksford Universiteti, ikinci yerdə isə Massaçusets Texnologiya İnstitutu qərarlaşıb.

Reytinqdə 115 ölkədən ümumilikdə 2092 universitet yer aldığı halda, bu ölkələrdən 30-nun ilk 200-lükdə ən azı bir universiteti var.

ABŞ və Böyük Britaniya aparıcı ölkələrdir. Ancaq Yaponiya və Hindistan da reytinqdə yaxşı təmsil olunan ölkələr sırasındadırlar. Almaniya, Çin, Avstraliya və Hollandiya kimi ölkələr dı ənənəvi olaraq ilk 200 universitet sıralamasında yer alıblar.

Nəticələr 18 performans göstəricisindən istifadə etməklə hesablanır: tədqiqat mühiti, tədris (təlim mühiti), tədqiqat keyfiyyəti, sənaye və ümumi dünyagörüşü.

1 Oksford Universiteti (Böyük Britaniya)

2 Massaçusets Texnologiya İnstitutu (ABŞ)

3 Harvard Universiteti (ABŞ)

4 Princeton Universiteti (ABŞ)

5 Kembric Universiteti (Böyük Britaniya)

6 Stanford Universiteti (ABŞ)

7 Kaliforniya Texnologiya İnstitutu (ABŞ)

8 Kaliforniya Universiteti, Berkeley (ABŞ)

9 Imperial College London (Böyük Britaniya)

10 Yale Universiteti (ABŞ)

Dünyanın ən yaxşı 5 universiteti haqqında bir neçə qeyd:

1. Oksford Universiteti

Böyük Britaniyanın ən prestijli universitetlərindən biriDünya Universitetləri Reytinqində səkkizinci ildir ki, siyahıya başçılıq edərək, ilk sırada ən uzun müddət qalma rekorduna sahibdir.

Oksford Universiteti İngiltərənin ən qədim universitetidir və dünyanın ən tanınmış universitetlərindəndir.

Oksford Universitetində 20.000-dən çox tələbə var, bakalavr və aspirantların sayı təxminən eynidir.

Qəbul prosesi yüksək rəqabətlidir; Universitetdə hər yerə orta hesabla beş müraciət olur.

Universitetdə 100-ə yaxın ölkədən olan heyət çalışır, tələbələrin və akademik heyətin təxminən 40 faizi xarici ölkə vətəndaşlarıdır.

2. Massaçusets Texnologiya İnstitutu (MIT)

Massaçusets Texnologiya İnstitutu altı ayrı məktəbdən ibarətdir: memarlıq və planlaşdırma; mühəndislik; humanitar, incəsənət və sosial elmlər; idarəetmə; fundamental elmlər və informatika.

ABŞ-da ilk memarlıq kursları MIT-də verilmişdir.

19-cu əsrin ortalarında qurulan universitet həmişə ehtiyacı olan tələbələrə maddi yardım göstərməyə çalışıb.

Onun Massaçusets ştatının Kembric şəhərindəki kampusunda 18 tələbə yataqxanası var.

Universitetin 85 Nobel mükafatçısı, 58 Milli Elm Medalı, 29 Texnologiya və İnnovasiya Milli Medalı və 45 MacArthur Təqaüdçüsü var.

3. Harvard Universiteti

1636-cı ildə qurulan Harvard Universiteti ABŞ-ın ən qədim universitetidir.

Harvard Universiteti dünyanın ən nüfuzlu ali məktəblərindən biridir. O, ABŞ-da səkkiz ən nüfuzlu özəl universitetdən ibarət The Ivy League (Sarmaşıq Liqası) bir hissəsidir.

Harvard məzunları içində 45-dən çox Nobel mükafatı laureatı, 30 dövlət başçısı və 48 Pulitzer mükafatı laureatı var. 13 ABŞ prezidenti buradan bakalavr və doktorluq dərəcəsi almışdır.

4. Princeton Universiteti

Princeton Universiteti ABŞ-ın ən qədim universitetlərindən biridir. Ivy League universitetləri qrupunun bir hissəsidir.

Universitet yüksək keyfiyyətli tədris və tədqiqat nəticələri, eləcə də Amerikanın ən məşhur memarları tərəfindən dizayn edilmiş gözəl kampusu ilə tanınır.

Görkəmli Nobel mükafatı almış məzunlar arasında fiziklər Riçard Feynman və Robert Hofstadter, kimyaçılar Riçard Smolli və Edvin MakMillan da var.

Prinstondan iki ABŞ prezidentini – Ceyms Medison və Vudro Vilsonu məzun olublar. Digər tanınmış məzunlar arasında Mişel Obama, aktyorlar Jimmy Stewart və Brooke Shields, Amazon qurucusu Jeff Bezos və Apollo astronavtı Pit Konrad var.

5. Kembric Universiteti

Kembric Universiteti İngiltərənin nüfuzlu universitetlərindəndir.

1209-cu ildə qurulan Kembric Universiteti 800 illik tarixi ilə dünyanın dördüncü, ingilisdilli dünyada isə ikinci ən qədim universitetdir.

Kembric məzunları arasında 92 Nobel mükafatı laureatı var.

***

Bu reytinqdə bizim universitetləri axtarmağa təşəbbüs etməyin – həm çox aşağılardadırlar (1900-lərdən də aşağı), həm də ovqatınız təlx olacaq…

 

BÖYÜK BRİTANİYANIN ƏN YAXŞI 10 UNİVERSİTETİ 2025

Böyük Britaniyanın 2025 WUR reytinqinə görə (“Times Higher Education World University Rankings 2025”) ən yaxşı ilk 10 universiteti:

1 Oksford Universiteti

2 Kembric Universiteti

3 Imperial College London

4 London Universiteti

5 Edinburq Universiteti

6 London Kral Kolleci

7 London School of Economics and Political Science

8 Mançester Universiteti

9 Bristol Universiteti

10 Qlazqo Universiteti

ABŞ-IN ƏN YAXŞI 10 UNİVERSİTETİ 2025

1 Massaçusets Texnologiya İnstitutu

2 Harvard Universiteti

3 Princeton Universiteti

4 Stanford Universiteti

5 Kaliforniya Texnologiya İnstitutu

6 Kaliforniya Universiteti

7 Yale Universiteti

8 Çikaqo Universiteti

9 Pensilvaniya Universiteti

10 Cons Hopkins Universiteti

İbrahim Nəbioğlu

visiontv.az