Goranboy sakini avtomobilini vurduğu şəxs maşından düşəndə üstündən keçib
18.07.2024

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları üzə çıxıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Veyisli kənd sakini Tarzan Şamilov idarə etdiyi "Ford Fusion "markalı minik maşını ilə kəndin mərkəzi yolunda həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun idarə etdiyi "KiA"markalı minik maşınını arxadan vurub.

Qəzadan sonra KİA sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Hadisəni törədən Tarzan Şamilov yerdə olan Əhməd Ərəbovu maşınla vuraraq üstündən keçib. Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki ölən şəxs el arasında "kürd abo" ləqəbi ilə tanınıb. Məlumata görə hər iki şəxs dost olub. Qəzanı törədən Tarzan Şamilov isə Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır.