General Əhmədrza Radan hakimiyyət tərəfdarlarını küçələrdə olmağa çağırıb
18.03.2026

Tehranda Novruz bayramı ərəfəsində keçirilən şənliklər zamanı İran Polis Komandanlığının rəisi, general Əhmədrza Radan hakimiyyət tərəfdarlarını küçələrdə olmağa çağırıb.

General Radan çıxışında hakimiyyətə dəstək verən qüvvələrə müraciət edərək bildirib ki, onlar “Əlinin dinini, məktəbini və Ruhullah Xomeyninin məktəbini dəstəkləmək üçün” küçələrdədirlər.

O, tərəfdarları yorulmamağa və küçələri, meydanları doldurmağa təşviq edib, sözlərinə belə davam edib: "Sabah gecə bizim üçün həlledici bir gecədir”.

Radanın bu çağırışı Novruz ərəfəsində baş tutan şənliklərin fonunda hökumət tərəfdarlarını birləşdirmək və ictimai dəstəyi nümayiş etdirmək məqsədi güdür.

visiontv.az