Həbsxananın içindən sarsıdıcı məlumatlar yayılıb, Evinin içində nə baş verir?
Evin həbsxanasından daxil olan son məlumatlar məhbusların saxlanma şəraitinin ciddi şəkildə pisləşdiyini göstərir. Bildirilir ki, həbsxanada şəhər elektrik enerjisi kəsilib və hazırda elektrik yalnız generator vasitəsilə təmin olunur.
Məlumatlara əsasən, isti su da bir neçə gündür tamamilə kəsilib və havaların soyuması ilə eyni vaxtda çox sayda məhbus soyuqdəymə və tənəffüs xəstəliklərinə tutulub.
Eyni zamanda, həbsxananın tibb bölməsi faktiki olaraq fəaliyyətini dayandırıb və məhbuslara heç bir tibbi xidmət göstərilmir. Daxili mənbələr bildirir ki, həkim və dərmanlara çıxış tamamilə kəsilib və xəstə məhbuslar baxımsız vəziyyətdə qalıb.
Bu mənbələrin sözlərinə görə, həbsxana rəhbərliyi müalicə əvəzinə hər məhbusa cəmi bir qaşıq difenhidramin şurubu verib və xəstələrin müalicəsi üçün heç bir ciddi addım atılmayıb.
Həmçinin bildirilir ki, təhlükəsizlik şəraiti və personalın fəaliyyətində yaranan problemlər səbəbindən məhbuslara göstərilən bir çox əsas xidmətlər dayandırılıb və vəziyyət sürətlə kritik həddə yaxınlaşır.
Bu durum davam etdiyi halda, həbsxana rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən heç bir rəsmi açıqlama verilməyib və xüsusilə siyasi məhbusların sağlamlığı və həyatı ilə bağlı narahatlıqlar getdikcə artır.
visiontv.az