"Fənərbağça" forvard axtarışında - Siyahıda 2 məşhur ad var
12.07.2024

"Fənərbağça" forvard axtarışında - Siyahıda 2 məşhur ad var

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl Avropada qalacağına müsbət yanaşan En-Nesyri son anda geri addım atıb və "Əl-Qadsiah"ın 3 illik 14 milyon avro maaşla təklifini qəbul edib.

Daha sonra "Sarı-göylülər" başqa futbolçu axtarışına başlayıb. Bu adlardan biri Armando Brojadır. "Çelsi"də çıxış edən alban ulduz güclü fiziki quruluşu və hava toplarında üstünlüyü ilə diqqət çəkir. İngiltərə komandası ötən mövsüm fasilədə "Fulhem"ə icarəyə verdiyi 22 yaşlı hücumçunu bu dəfə satmaq istəyir. Bununla belə, Fənərbaxçanın prioritetinin satın alma opsiyonu ilə icarəyə götürmək olduğu qeyd edilib.

Armando Broja ötən mövsüm İngiltərə yığması ilə ümumilikdə 27 oyun keçirib. Albaniyalı futbolçu bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Klubun diqqətində olan digər oyunçunun isə "Everton"da çıxış edən Beto olduğu iddia edilir. 26 yaşlı ulduz əvvəlcə 15 milyon avroya "Udineze", daha sonra isə ötən yay 25 milyon avroya "Everton"a transfer olunub. Ötən mövsüm 5 qol vuran və gözləntilərin altında qalan Beto üçün "Fənərbağça"nın icarə təklifi edə biləcəyi qeyd edilib.  Həmçinin "Fənər" rəhbərliyi Romao Lukakunu  yaxından izləyir.

Beto ötən mövsüm 39 rəsmi oyuna çıxıb və 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Visiontv.az