Ermənistanın Aİ–yə daxil olması barədə qərar ümumxalq referendumunda qəbul edilə bilər
09.01.2025

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasını müzakirə edəcək.

APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu məsələ üzrə diskussiyaların hökumətin bugünkü iclasında keçirilməsi nəzərdə tutulur.

Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib.

O, bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Layihə Parlamentin müzakirəsinə göndərilib.

Visiontv.az