Azərbaycanla Ermənistan arasında danışıqlarda hərhansı bir ölkə vasitəçi olmayacaq. Bundan sonra nə Rusiya, nə də Avropa İttifaqının vasitəçiliyinə Azərbaycan imkan verməyəcək. Həmçinin ABŞ -da D. Tramp administrasiyası prosesdə neytral qalması gözlənilir.
Prezident İlham Əliyev ötən gün yerli telekanallara verdiyi müsahibədə məhz ikitərəfli danışıqlara üstünlük veriləcəyini qeyd etdi. Hətta sülh müqaviləsi bağlanarsa, bu, iki ölkə sərhəddədində baş tuta bilər.
Hazırda Ermənistan silahlanır. Fransa Ermənistanı sülh prosesindən çəkindirməyə çalışır. N.Paşinyan siyasi iradə nümayiş etdirməsə, sülh müqaviləsi bu il ərzində bağlanmaya bilər. Artıq proses mürəkkəb mərhələyə keçib. Azərbaycana qarşı Rusiya və İranın müəyyən siyasi təzyiqlərə əl atması, N. Paşinyanı arxayin edirsə, strateji səhvə yol verir. Hazırda Türkiyənin regionda yeni güc əldə etməsi Ermənistan rəhbərliyini dilemma qarşısında qoyub. Çünki, Ankara hələki Ermənistanla ciddi məşğul olmur. N. Paşinyan vəziyyəti mürəkkəbləşdirsə, Ankara hərəkətə keçə bilər.
Əgər, Ermənistan Fransanın təlimati ilə hərəkət edib, təxribatlara gedərsə, bu ölkə ərazi itirməli olacaq. Prezident Ermənistan rəhbərliyinə "silahlanmani dayandır"-mesajını verdi. Növbəti dəfə hərbi eskalasiya baş verəcəksə, Ermənistan əhalisi N. Paşinyani hakimiyyətdən devirə bilər. Məhz müxalifətdə yeni müharibənin başlanmasında maraqlidir ki, N. Paşinyanı devirsin.
Demək olar ki, Ermənistan üçün çox çətin bir proses başlayıb. Regionda siyasi proseslər gərgin fazaya keçdiyi üçün prezident yerli TV.vasitələrlə Azərbaycanın ciddi mesajlarını vermiş oldu. Burada Rusiya, İran və Ermənistana ciddi mesajlar var. Xüsusilə Ermənistan rəhbərliyi prosesləri düzgün analiz edib, praqmatik addımlar atması, yeni sülhə imkanlar aça bilər.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az