Bütün hallarda məhkəməyəqədərki proseslərdə mediasiya prosesləri özünü doğrultmur.
Visiontv.az APA_ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, vətəndaş məhkəmədən əvvəl mediasiyanı istəmirsə, onu məcbur etmək lazım deyil: “Mediatorlar ixtisaslaşdırılmaldır. Boşanmış biri mediator olmamalıdır. Boşanmış bir şəxs gedib sertifikat alıb ailə məsələləri üzrə mediator kimi çıxış edə bilməz. Bu barədə məhdudiyyətlər tətbiq olunmalıdır”.