"Söz" olaraq tanıdığımız rəsmdir, yoxsa həddir?
18.03.2025

Homer yunan şeirini şəkilləndirərkən "frenes" adını verdiyi bir sözü "danış" mənasında istifadə edir. Onians (ingilis alimi) bir tək bu kəlməyə "Dilin aynasında" kitabını yazıb.

"Frenes"in sonrakı dönəmlərdə nələr yaşadığını göstərir və unudulduğunu xatırladır.

Mənim məsələm deyil, xatırlatma və düşünmə üçün qeyd etdim.

Azər Saninin son müsahibələrində qarşıma "Söz nədir" tərifi çıxdı, dinlədim, Azər Saninin bəlağəti ilə işim yoxdur.

Dərdim "Söz"dür.

"Söz" olaraq tanıdığımız rəsmdir, yoxsa həddir?

Nizaminin tərcüməsində, Fizulinin qəzəllərində müəyyən edə bilmədiyimiz rəsm və hədd olan şeyə "Söz" dedirdilir, "Söz"ə təriflər verilir və "Söz" haqqında əzbərlər dilə gətirilir.

Əslində isə Nizamidəki "Söz"lə, Fuzulidəki "Söz" eyni şey deyildir.

Ərəbcədə "lafz", "kəlmə" və "kəlam" ayrı ayrı təzahürlərdir,

Farscada da bizim "söz" olaraq tanıtdırılan "kəlam", "vaje", "hərf" anlamında istifadə edilir.

Türkcənin Fuzulidəki "Söz"ü Fuzülidən sonra yerini müəyyən edə bilmədi və qaldığı yerdə qaldı.

Bu gün Fuzuli qəzəlindəki "Söz", Fuzulidən sonrakı "Söz"lə eyniyyət təşkil etmədiyi üçün yalnız Şüara məclislərində qalan bir anlayış olaraq həyatın içindən çıxdı.

"Söz"ün etibarsızlaşması Sovet ədəbiyyatının əsas qayəsi halına gəldi və Sovetlər seçdikləri Şüarı şeirə çevirməyi bacardılar.

Artıq Şair sözü yalanın, Şüarın sözü isə hərəkətin parçası idi.

İndi, "Sözün düşdüyü" yeri tanımadan "söz"ü məhd etmək lüzumsuzdur.

Tək çarə "Səs"in dalğa və titrəyişlərindən üzə çıxacaq və sözü düşdüyü yerdən çıxaracaq Dilin həddlərinin bilinməsidir.

Dil həddini biləndə, rəsmləri çəkməkdə ən mahir bir iz qoyandır,

Kimsə o izi poza bilməz.

İdris Heydərli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8