İran sistematik şəkildə insan hüquqlarını pozur - BMT
18.03.2025

İran İslam Respublikasının rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını pozmaqda davam edirlər.

Bu, BMT-nin Faktaraşdırıcı Komitəsinin hesabatında yazılıb.

Qadınların azadlıqları uğrunda etirazlarını araşdıran bu hesabatda qətl, əsassız həbslər, işgəncə, zorlama, zorla yoxa çıxarma, cinsi zorakılıq kimi hallar qeydə olunub, bu hərəkətlər insanlığa qarşı cinayətlər kateqoriyasına salınıb.

Qadınlara və qızlara qarşı ayrı-seçkiliyi əks etdirən hesabatda, məcburi hicab qanunları, uşaq nikahları (13 yaşından) və gender zorakılığı pislənilib.

Bildirilib ki, 2022-ci ilin sentyabrında başlayan etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri 49-u qadın və 68-i uşaq olmaqla 551 etirazçını öldürüb, yüzlərlə insan isə güllələrdən kor olub.

Bununla yanaşı etirazlar zamanı 22.000-dən çox insanın saxlanıldığı, zorlama, bədənlərinə elektrik cərəyan verilməsi və qeyri-insani şərait haqqında məlumatlar dərc olunub.

Faktaraşdırıcı Komitə məhbus etirazçıların ədalətsiz məhkəmələrdə edama məhkum olunduqlarına diqqət çəkib və 14 etirazçının isə hələ də edam riski altında olduqlarını bildirib.

Faktaraşdırıcı Komitə İranın liderini, SEPAH-ı, Bəsic üzvlərini, məhkəmə sistemini, əxlaq polisini və həbsxana rəsmilərini repressiya və insanlığa qarşı cinayətlərdə birbaşa rol oynamaqda ittiham edib.

Hesabatın sonunda edam hökmlərinin ləğvi, əsassız həbs edilənlərin sərbəst buraxılması, insan haqlarının, xüsusən qadın və uşaqların hüquqlarının təmin olunması istənilib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8