Bu dəfə Daştatükdə qazın istiliyi qışın şaxtasından öncə hiss ediləcək
Videonu Aç
Bu dəfə Daştatükdə qazın istiliyi qışın şaxtasından öncə hiss ediləcək
11.07.2025 Azəriqaz Tərəfindən

SOCAR-ın “Azəriqaz” İB tərəfindən cari ildə qazlaşması həyata keçirilən kəndlərdən biri də Daştatükdür.

Lənkəran rayonunda yerləşən bu kənddə ümumilikdə 23 min metrə qədər müxtəlif diametrli borularla qaz xəttinin çəkilməsi nəzərdə tutulur ki, bunun da 5 min metrə qədəri artıq hazırdır. Çətin relyef şəraitinə baxmayaraq qazlaşma işləri fasiləsiz həyata keçirilir. Bu da Daştatük kənd sakinlərinin qışın soyuğundan öncə mavi yanacağın istiliyini qarşılayacaqları anlamına gəlir.        

Ətraflı video materialda: 

Visiontv.az