"Bir kitap- Bir tamaşa"
10.02.2025

Sumqayıt Dövlət Dram Teatrı Beynəlxalq kitab bağışlama günü ilə əlaqədar fevral ayının 13-ü, saat 18⁰⁰-da maraqlı layihə gerçəkləşdirəcək.

İlk dəfə teatrımızda  reallaşcaq layihədə   kitab bağışlayan  tamaşaçı  "Ocaq" tamaşasına  dəvətnamə  əldə  edəcək.  Məqsəd yığılan  kitabların hesabına teatrımızda  kitabxana formalaşdırmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində teatrın repertuarında önəmli yer tutan, Turqut Özakmanın yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq"  tamaşası oynanılacaq.

Visiontv.az