Bayraktar AKINCI ASELFLİR-500 ilə hədəfi uğurla vurub
Videonu Aç
23.02.2024

Bayraktar AKINCI Silahlı Pilotsuz Uçuş Aparatı (TİHA), Aselsan tərəfindən milli olaraq hazırlanmış ASELFLIR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sistemi ilə dənizdə üzən Albatros İDA-nı müvəffəqiyyətlə məhv edib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin liderliyi ilə həyata keçirilən AKINCI Layihəsi çərçivəsində “Baykar” tərəfindən milli və bənzərsiz olaraq hazırlanmış Bayraktar AKINCI TİHA ASELFLİR-500 ilə ilk atış sınağında dənizdə hərəkət edən hədəfi müvəffəqiyyətlə məhv edib.

Qeyd edək ki, Bayraktar AKINCI TİHA 40 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türk aviasiya tarixində daha bir mühüm mərhələni geridə qoyub.

İlahə Əliyeva