“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur”
Videonu Aç
“Azəriqaz” İB-nin rəsmisi: “Azəristilik” ASC və  “Azəriqaz” İB arasında ciddi olaraq problem yoxdur”
01.12.2023 Azəriqaz Tərəfindən

“Azəristilik” Açıq Səhmdar Cəmiyyəti və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi arasında ciddi olaraq heç bir problem yoxdur.

Amma debitor borclar var ki, bu da kifayət qədər cəlbedici rəqəmlərdir”. Bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə 01.11.2023-cü il tarixinə olan məlumata əsasən “Azəristilik" ASC-nin “Azəriqaz” İB-ə 37,5 milyon manat debitor borcu var. Bu borcun 22,9 milyon manatı təsdiqini tapıb və razılaşdırılıb. Yerdə qalan məbləğ isə hələ ki, müzakirə mövzusudur. “Yəqin ki, iki dövlət qurumu arasında sözügedən məbləğin razılaşdırılması ilə əlaqədar razılıq əldə olunacaq.”- deyə qurum rəsmisi qeyd edib. Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov qaz təsərrüfatı haqqında qanuna edilən dəyişikliyə əsasən həm istehlakçıların, həm də qazpaylayıcı olaraq “Azəriqaz” İB-nin üzərinə müəyyən öhdəliklərin qoyulduğunu qeyd edib. “Təhlükəsizliyin təmini təkcə praktiki məsələ deyil, həm də insanların maarifləndirilməsi çox önəmlidir və ən vacibidir. İstehlakçıların maarifləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə buklet hazırlamışıq. Buklet vasitəsi ilə təbii qazın istifadəsi zamanı qaz sızması hallarında ümumilikdə abonentlərin yarana biləcək təhlükələrdən necə qorunması ilə bağlı lazımi məlumat verilib. Hazırlanan bukletlər müxtəlif vasitələrlə abonentlərə təqdim olunacaq.” - deyə İlkin Behbudov qeyd edib. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

Ətraflı video materialda: 

Visiontv.az