Azərbaycanla Ermənistan rəsmilərinin görüşlərini növbəlilik əsasında Bakı və İrəvanda keçirilməsi sülh danışıqlarına impuls verər
Azərbaycanla Ermənistan rəsmilərinin görüşlərini növbəlilik əsasında Bakı və İrəvanda keçirilməsi sülh danışıqlarına impuls verər
02.03.2024 Elxan Şahinoğlu Tərəfindən

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Antalya Diplomatiya Forumunda iştirak edən erməni həmkarı Ruben Rubinyana növbəti görüşün İrəvanda keçirilməsini təklif edib.

Bu təklif erməni diplomat üçün gözlənilməz olduğundan o cavab üçün vaxt istəyib. Rubinyan əvvəlcə bu təklifi Antalya forumunda iştirak edən rəhbəri xarici işlər naziri Ararat Mirzoyana çatdıracaq, o da öz növbəsində baş nazir Nikol Paşinyana zəng edəcək. Paşinyanın müsbət cavabı sonrakı proseslər üçün faydalı ola bilər. Ermənistan Türkiyə ilə sərhədlərin açıqlamasını arzulayır. Əslində Azərbaycanla Ermənistan rəsmilərinin də görüşlərinin növbəlilik əsasında Bakı və İrəvanda keçirilməsi sülh danışıqlarına impuls verər.

Elxan Şahinoğlu

visiontv.az