Atasından danışan Vüqar Muradov: "Anju olunsaydı, çox yaşayardı"
28.08.2024

Müğənni Vüqar Muradovun atasının vəfatından bir ötür.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Atası ilə fotosunu izləyiciləri böülşən sənətçi onunla bağlı xatirələrəindən danışıb.

Vüqar onu da qeyd edib ki, atası anju (ürəkdə damar tıxanıqlığı mövcud olduğu halda aparılan əməliyyatdır) olunsaydı indi həyatda olardı:

"Biz atamla “İqtidar müxalifət” olmuşuq, amma içdən bir-birimizi çox sevmişik. Mən o sevgini üzdə də biruzə verirdim, amma atam köhnə fikirli kişilərdən olduğu üçün biruzə vermirdi. Ekranlarda məni görəndə qürurlanaraq kövrəlirdi, həmişə məni yüksəklərdə görmək istəyirdi, ailəmin olmasını istəyirdi. Biz onunla belə danışmamışdıq, canını qorumadı, anju olunmadı, olunsaydı çox yaşayardı. Əlqərəz mən onu çox özləmişəm, həyatın dadı duzu elə ondaymış... 1 il beləcə atasız keçdi mənim üçün..".

Xatırladaq ki, Vüqar Muradovun atası ötən il vəfat edib. 

Visiontv.az