Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
05.03.2024

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək.

AZƏRTAC  xəbər verir ki, bu məsələ Milli Məclisin martın 5-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrinə daxil ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

visiontv.az