ABŞ-də İranın keçmiş rəsmisinin oğlu saxlanıldı
14.04.2026

ABŞ hakimiyyəti İranın Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlunu həbs edib.

Məlumata görə, ABŞ rəsmiləri Ebtekarın oğlu İsa Haşeminin daimi yaşayış icazəsini (“Green card”) ləğv edib və onu həbs edib. Bununla bağlı, ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, Haşeminin həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda onların deportasiya olunmağı gözlədiyi bildirilir.

Həmin şəxslər ABŞ-yə 2014-cü ildə gəlib, 2016-cı ildə isə “Green card” qazanıblar. (Radio Farda)

Qeyd edək ki, bundan əvvəl də ABŞ hakimiyyəti oxşar addım ataraq 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən SEPAH-ın Qüds qanadının komandanı general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin “Green card”larını saxlamış və ləğv etmişdi.

visiontv.az