Azərbaycanın 30 ildən çox davam edən işğalı sonlandırması ilə Cənubi Qafqazda yeni səhifə açılıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova isə birgə mətbuat konfransında deyib.
TBMM sədri bildirib ki, Türkiyə Cənubi Qafqazda ədalətli sülhün təmin edilməsini istəyir.
O qeyd edib ki, Türkiyə Qafqazda ədalətli sülhün təsis edilməsini, bölgədən kənar ölkələrin müdaxiləsi olmadan normallaşma prosesinin təmin edilməsini arzu edir.
O, Qarabağda bərpa proseslərinin davam etdiyini qeyd edərək, Zəngəzur dəhlizinin önəmini vurğulayıb: “Buranın da əməkdaşlıq və təhlükəsizlik dəhlizi olaraq sadəcə bölgə ölkələrinin deyil, bölgədən kənarda qonşu ölkələrin, hətta dünya ticarətinin önəmli keçid nöqtəsi olan Zəngəzur dəhlizinin açılmasını arzu edirik. Bu xüsusda Azərbaycana dəstək verməyi davam etdiririk. Zəngəzur dəhlizinin açılması sadəcə Azərbaycanla Türkiyənin deyil, bütün bölgə ölkələrinin maraqlarının təminatı üçün şərtdir. Zəngəzur dəhlizinin sülh dəhlizi olaraq açılmasını arzu edirik”.