Zəncanda anti-İsrail banneri yandırılıb
06.05.2024

Zəncan şəhərinin mərkəzi meydanlarından birində quraşdırılan anti-İsrail məzmunlu böyük metrajlı həcmli banner yandırılıb.

Bu barədə sosial media şəbəkəsində məlumat və videolar yayılıb.

Bildirilib ki, bannerdə İran rəsmilərinin İsrail dövlətinin yer üzündən silinəcəyi ilə bağlı iddiaları yazılıbmış.

Bannerin kimlər tərəfindən yandırıldığı məlum deyil.

visiontv.az