Düşünmə, etiraz etmə, sadəcə nə deyirlər onu qəbul elə: Yeni dünyanın konsepsiyası
18.05.2024

Son illərdə Azərbaycanda humanitar və ictimai elmlərə verilən dərs yüklərinin saatları azalmaqla yanaşı, bu istiqamətdə olan bəzi sahələr sıradan hissə hissə çıxarılır. Səbəb də göstərilir ki, dünya artıq nanotexnologiyaya, robototexnikadangenomikaya, süni intellektdən gen terapiyasına qədər mövzulara önəm verir.

Dəqiq elmlər dünyanın texniki mənzərəsini dəyişir və yeni-yeni texnologiyalar inkişaf etdikcə nəyə lazımdır humanitar və ictimai elmlər. Əlbətdə, dəqiq elmlər və qeyd etdiyim sahələr üzrə mütəxissislər çox önəmlidir. Bəs DÜŞÜNCƏ ? İDRAK? İDEALOGİYA? Kim yaradacaq? Kimlər ETİRAZ edib ƏDALƏTLİ cəmiyyət fikirləri irəli sürəcək?

Dünya elm tarixində humanitar elmlər niyə “ Azad sənət” adlandırıldığını bilirsinizmi? Romalıların dünyanın hər yerindən qulları var idi və onlardan bəziləri yunanlar kimi çox ağıllı idilər. Romalılar qullara hər cür praktiki fənləri öyrənməyə icazə verdilər: riyaziyyat, mühəndislik, memarlıq, musiqi.

Ancaq yalnız Roma vətəndaşlarına - azad insanlara ritorika, ədəbiyyat, tarix, ilahiyyat və fəlsəfəni öyrənməyə icazə verildi. Çünki bu mövzular inandırmaq sənəti ilə bağlıdır və romalılar qulların insanları ruhlandıracaq və onları üsyan və ya buna bənzər bir şey üçün birləşdirə biləcək arqumentlərlə öz fikirlərini ifadə etməyi öyrənmələrini istəmirdilər. Humanitar elmlər əqidə elmləridir və yalnız azad vətəndaşlar onları mənimsəməyə layiqdirlər.

Humanitar elmlərin sıxışdırlması düşüncə azadlığının yox, işçi və qul sinifinin formalaşmasına xidmət edir. Hər bir AZAD İNSAN öz fikirini deməsin və iş-iş-iş görəcək QUL İNSAN obrazına çevrilsin!

Tarixçilər tarixi yazmasın, onlara yazılan tarixi bilsin

Filsoflar yeni fəlsəfi fikirlər və idealoji xəttlər irəli sürməsin

Sosioloqlar dünyada baş verən haqsızlıq və sosial problemləri araşdırıb çıxış yolu göstərməsin

Teoloqlar ciddi surətdə onlara hazır paket kimi təqdim edilən din ideyaların yaysınlar və dinin əsl mahiyyətini öyrənmək olmasın

Antroploqlar, etnoqraflar, jurnalistika, hüquq, siyasi elmlər və digərləri sadəcə hazır konsepsiya formasında hərəkət etsinlər. Yeni ideyalar ortaya çıxmasın.

Bir sözlə hamı 2*2-ni öyrənsin. Bir sözlə insanlar cazibə qüvvəsinə inansın! Bir sözlə insanlar rəqəmlərlə hərəkət etsin.

Süni intellekt isə insanların izləyəcək, düşüncə azadlığı, fikir azadlığı olan insanları dərhal müəyyən edəcək. Dünyaya ƏDALƏT və BƏRABƏRLİK tələbi ilə insanlar daha düşünməsin! Onlar nə edəcəksə bunu da insanlar olduğu kimi qəbul edəcək. Sabah onlar deyəcək ALLAH yoxdur. Rəqəmlərlə bunu deyəcəklər. Sabah deyəcəklər ki, İnsan hüquqları yoxdur. Rəqəmlərlə bunu izah edəcəklər. Bir sözlə insanlar əmrə tabe olsunlar, düşünməsinlər.

Düşüncə, azad söz, etiraz, fikir, ideya, helm isə olmasa olar.

Dosent Zaur Əliyev

visiontv.az