Qəzzada atəşkəs danışıqları dayandırılıb
18.05.2024

İsrail hökuməti ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqlar dayandırılıb.

Məlumata görə, münaqişə tərəflərinin girovların azad edilməsi şərtləri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən məsləhətləşmələr dalana dirənib.

Tərəflər girovların azad edilməsi şərtlərini heç cür razılaşdıra bilmirlər. Həmçinin, “müharibənin sonu” termini, İsrailin terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı da fikir ayrılıqları var.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS döyüşçülərinin Qəzza zolağından İsrail ərazisinə soxularaq sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürməsi və 240-dan çox adamı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

visiontv.az