Son yarım ildə qlobal texnologiya şirkəti Yango Group-un bir hissəsi olan Yango Ride onlayn taksi sifarişi xidmətinin Azərbaycandakı istifadəçiləri yol hadisələri və sürücülük tərzi ilə bağlı dəstək xidməti ilə daha az əlaqə saxlayıblar. Xidmətin analitik məlumatlarına əsasən, belə müraciətlərin sayı təxminən üçdə bir nisbətində azalıb – 2024-cü ilin iyul ayında 1 milyon səyahətə 36 müraciət olduğu halda, 2025-ci ilin yanvar ayında bu rəqəm 26-ya enib.
“Bizim üçün vacibdir ki, hər bir insan səyahət zamanı özünü qorunmuş hiss etsin. Müraciətlərin sayının azalması ilə yanaşı, görürük ki, sərnişinlərin 93%-dən çoxu Yango Ride ilə səyahətləri təhlükəsiz hesab edir. Bu, etibarın göstəricisi olmaqla yanaşı, bizim təşəbbüslərimizin və texnologiyalarımızın həqiqətən işlədiyini təsdiqləyir. Biz ölkədə səyahətlərin keyfiyyətini və təhlükəsizliyini artırmağa davam edəcəyik,” - deyə Yango Ride xidmətinin Azərbaycandakı direktoru Müşviq Qasımov bildirib.
Yango Ride tətbiqində sürücülər və sərnişinlər üçün səyahətdən əvvəl, səyahət zamanı və sonra 20-dən çox təhlükəsizlik funksiyası mövcuddur. Səyahətə başlamazdan əvvəl sərnişinlər sürücünün adını, reytinqini və şəklini, eləcə də maşının nömrəsini, rəngini və modelini görürlər. Həmçinin, onlar dəstək xidmətinə və təcili xidmətlərə (SOS düyməsi) sürətli çıxışı olan təhlükəsizlik mərkəzindən istifadə edə və real vaxtda marşrutunu etibarlı kontaktlarla paylaşa bilərlər. Bütün tərəfdaş sürücülər müntəzəm olaraq avtomobillərini fotonəzarət sistemində yoxlayır və sifarişlərə giriş üçün şəxsiyyətlərini təsdiq edirlər. Bundan əlavə, monitorinq texnologiyaları sürücülərin tətbiqində sürət həddini aşma və səyahət zamanı sərt manevrlər barədə xəbərdarlıq edir. Bir neçə xəbərdarlıqdən sonra alqoritm sürücünün xidmətə sifarişlər qəbul etməyə icazəsini məhdudlaşdırır. Səyahətdən sonra həm sürücü, həm də sərnişin rəy yazıb qiymət verə bilər ki, bunun əsasında onların hər biri üçün reytinq formalaşdırılır.
Yango Ride
Yango Ride - bütün dünyada istifadəçilərə texnologiyanın köməyi ilə gündəlik işlərini həll etməyə kömək edən Yango Group şirkətinin beynəlxalq texnologiya qrupunun bir hissəsi olmaqla, onlayn taksi sifarişi xidmətidir.
Yango Group-un xidmətləri Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Kolumbiya kimi ölkələr də daxil olmaqla 30-dan çox ölkədə fəaliyyət göstərir. Azərbaycanda səyahət sifarişi və çatdırılma xidmətləri 2022-ci ildən mövcuddur. 2024-cü ildə Yango superapp proqramında həmçinin bir neçə yeni xidmət istifadəyə verilib: ictimai nəqliyyatda səyahət planlaşdırma xidməti, Market - ərzaq çatdırılması xidməti və Yemək - restoran yeməklərinin çatdırılması xidməti.