Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
29.03.2025

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Ramazan bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm. 

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram".

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8