Xameneini dəstəkləyən ABŞ universitetinin professoru işdən qovuldu
16.12.2025

The New York Post qəzetinin məlumatına görə, Arkanzas Universitetinin Yaxın Şərq Araşdırmaları Proqramının direktoru Şirin Səidi İranın ali rəhbəri Əli Xameneyini dəstəkləyən və İsrail əleyhinə sərt mövqelər ifadə edən yazılar dərc etdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata əsasən, Səidi universitetin rəsmi blankından istifadə edərək Xameneini dəstəkləyən məqalələr yayımlamaqda, eləcə də Həmid Nurinin azadlığa buraxılmasına çağırış etməkdə ittiham olunur. Bu iddialarla bağlı sənədlərin “İranın Apoloqatlarına Qarşı Mübarizə Koalisiyası” adlı Amerika koalisiyası tərəfindən təqdim edildiyi bildirilir.

Qəzetin yazdığına görə, noyabr ayında X sosial şəbəkəsində Səidiyə aid edilən paylaşımlarda o, Əli Xameneyini tərifləyib və səhhəti üçün dua edib. Həmin yazıların bəzilərində İsrail “terrorçu dövlət” kimi xarakterizə olunub.

visiontv.az