Təbii ki, hərkəs tortdan payını alacaq. Vatikan Fransa, Almaniya üzərindən, ABŞ və Rusiya digər tərəfdən...
Qazanan kim oldu, itirən kim..?
Rusiya stratejik olaraq məğlubdur, Çinin qucağına oturdu. Natonu daha da qüvvətləndirdi. Ukrayna zatən bitdi, xarabalığa çevrildi. Soyuldu və soyulmağa davam edəcək...
ABŞ Avropanı çökdürdü, hər sahədə özündən asılı vəziyyətə saldı. Savaşda Hərbi Sənaye Kompleksi milyardlar sayəsində cibini doldurdu. Savaşda ən çox qazananlardan biridə Mafia oldu. Orqan, insan və silah mafiası baronları və özəlliklə Balkan mafiası çox gəlir əldə etdi...
Çin heç şübhəsiz ki, qazanan tərəfdir. Rusiyadan istədiyini ən ucuz şəkildə aldı. Rusiyanın zəifləməsi ilə Orta Asiya başda olmaqla əlini gücləndirdi. Hindistan bir güc olaraq ortaya çıxdı qlobal cənubun əsas oyunçusu kimi...
Bütün bu qan, ölüm rus və ukrayna xalqına nə gətirdi...)
HEÇNƏ...
İtirən, ölən, yaralanan yenə sadə xalq oldu. Trump və Putinin telefon danışığından sonra ortaya çıxan mənzərə bax budur.
Pərviz Əliyev
Visiontv.az
İran xalqı ac-yalavac, Xamenei isə deyir “Xoşbəxtlikdən sankisyalar daha az təsirli olur”