Kərim İsmayılzadə həbs olunaraq Təbriz zindanına köçürülüb
15.03.2025

Azərbaycan Milli Hərəkatının fəalı Kərim İsmayılzadə 2025-cü il martın 11-i çərşənbə axşamı həbs olunaraq təhlükəsizlik qüvvələri tərəfindən dindirildikdən sonra Təbriz zindanına köçürülüb.

Onun həbsinin səbəbi və həbsinə məsul olan qurum barədə hələlik dəqiq məlumat verilmir.

Bazar ertəsi, martın 10-da səhər saatlarında təhlükəsizlik qüvvələri İsmayılzadənin iş yerinə basqın edərək, onu həbs edib və naməlum yerə aparıblar.

Hələlik bu milli fəala qarşı irəli sürülən ittihamlarla bağlı məlumat yoxdur.

Qeyd edək ki, Kərim İsmayılzadə Güney Azərbaycan türklərinin hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə həbs və təzyiqlərə məruz qalıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8