İranda jurnalist prezidentə səsləndi: “Ölkə məhv olur, nə düşünürsən?!”
15.03.2025

İranlı tənqidçi jurnalist və siyasi şərhçi Əhməd Zeydabadi özünün “Telegram” kanalında yazıb:

“Mən ömrüm boyu bayram gecəsi insanların alıcılıq qabiliyyətini bu qədər bərbad görməmişdim. Deyəsən, xalqın əksəriyyətinin alıcılıq qabiliyyəti sıfıra enib! Bu məsələ iqtisadi baxımdan fəlakətlidir, siyasi və təhlükəsizlik baxımından isə çox təhlükəlidir”.

Analitik bildirib ki, görünür, ölkə prezidenti Məsud Pezeşkian bu vəziyyətdən xəbərsizdir. Jurnalist daha sonra Pezeşkiana sual ünvanlayaraq deyib:

“Cənab Pezeşkian, nə etmək istəyirsən? Ölkə məhv olmaq üzrədir! Bu sual hökumət başçısına çatsa və cavab vermək istəsə, cavabı mənə xüsusi müsahibə şəklində verə bilər”.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8