Türkiyədə məşhur olan iranlı sehrbaz saxlanılıb
08.12.2025

Türkiyədə tanınmış iranlı sehrbaz və “Yetenek Sizsiniz” şousunun keçmiş iştirakçısı Arif Qafuri maliyyə cinayətləri ilə bağlı aparılan əməliyyat çərçivəsində həbs edilib. Bununla bağlı, CNN Türk telekanalı məlumat yayıb.

Bildirilib ki, İstanbul Maliyyə Polisi İdarəsi prokurorluğun göstərişi ilə genişmiqyaslı araşdırma aparıb və Kapital Bazarları Şurasının hesabatlarına əsaslanaraq İstanbul Fond Birjasında qiymət manipulyasiyası ilə məşğul olan bir şəbəkəni müəyyən edib. Məlumata görə, həmin qrup birjada saxta yollarla mənfəət əldə etməyə çalışıb.

Beş əyalətdə eyni anda keçirilən əməliyyat nəticəsində Arif Qafuri də daxil olmaqla ümumilikdə 12 nəfər tutulub. Hazırda istintaq davam edir.

visiontv.az