Tehranda sirli partlayışlar olub?
09.05.2026

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Tehranın qərb bölgələrində bir neçə partlayış səsi eşidilib.

Yerli mənbələr partlayış səslərinin Cənnətabad, Şəhr-e Ziba, Bağ-e Feyz və Şəhran bölgələrində duyulduğunu bildirir. Hadisənin səbəbi və mümkün nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib. İran hakimiyyəti bu məlumatlara indiyədək münasibət bildirməyib.

visiontv.az