Tehranda məşhur nəşriyyat bağlandı
05.05.2024

Tehranda yerləşən və mədəniyyət xadimlərinin "Azərbnaycanın mədəni səngərlərindən biri" adlandırdığı "Əndişeye no" (yeni fikir) nəşriyyat və kitab evi bağlanıb.

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, müstəqil mövqeyi və Azərbaycan dili, mədəniyyətinə verdiyi əhəmiyyətə görə, "Əndişeye no" nəşriyyat evi hökumətin imtiyaz və yardımlarından məhrum edilib.

Kitab nəşri və yayımı üçün subsidiya ala bilməyən mədəni mərkəz maddi imkansızlıq və zərərə görə fəaliyyətini dayandırmağa məcbur olub.

Qeyd edək ki, "Əndişeye no" 1991-ci ildə tanınmış azərbaycanlı alim və folklorçu Məhəmmədıi Fərzanənin qardaşı Yusif Fərzanə tərəfindən təsis edilib.

Bu müddət ərzində bütün məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dili və mədəniyyəti ilə bağlı müxtəlif kitabların, o cümlədən Azərbaycan Respublikasının yazıçılarının bəzi əsərlərinin nəşrinə nail olub.

"Əndişeye no" həmdə Tehranda azərbaycanlı yazıçı, musiqiçi və mədəniyyət xadimlərinin toplantı mərkəzlərindən biri kimi ad çıxarmışdı.

Nəşriyyat və kitab evi bundan əvvəl 2020-ci ildə Azərbaycan dilində nəşrt etdiyi və hökumətin qanunsuz adlandırdığı kitablara görə bağlanmış, bir müddət sonra isə fəaliyyətini yenidən bərpa edə bilmişdi.

visiontv.az