Tehran Universitetinin öyrənciləri etiraza qalxdılar
16.12.2025

Tehran Universitetinin yataqxanasında yaşayan bir qrup tələbə dünən axşam saatlarında həyat şəraitinin pisləşməsinə etiraz olaraq aksiya keçirib. Etirazlar əsas ehtiyacların qiymətində müşahidə olunan kəskin artım fonunda baş tutub.

Sosial mediada yayılan görüntü və məlumatlara görə, tələbələr universitet yataqxanasının əsas meydanına doğru yürüş edərək yaşayış və qida xərclərinin bahalaşmasına qarşı şüarlar səsləndiriblər.

Aksiya zamanı səsləndirilən şüarlar arasında “Çalışqan tələbə, hüquqların üçün hayqır”, “Yataqxana yeməyi bahadır, tələbələr çörək dərdindədir”, “Bizə deyirlər büdcə yoxdur, yataqxana istəməyimiz əhəmiyyətsiz sayılır” və “Bizə deyirlər büdcə yoxdur, yemək istəməyimiz əhəmiyyətsiz sayılır” kimi çağırışlar yer alıb.

visiontv.az