Tehran-İrəvan uçuşları Təbriz hava limanından baş tutacaq
26.10.2024

Bir neçə ölkənin İrana uçuşlarının dayandırdığı ilə eyni vaxtda Tehrandan İrəvana olan təyyarə reysləri Təbriz hava limanı vasitəsilə həyata keçirilr.

Bu barədə "Nəsr" xəbər saytı məlumat yayıb.

"Yəzd Air şirkəti Təbriz hava limanından Tehran və İrəvan arasında uçuşlara başlayıb",- məlumatda bildirilib.

Qeyd olunub ki, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri Tehran-Təbriz-İrəvan və İrəvan-Təbriz-Tehran marşrutu üzrə həyata keçiriləcək.

Bununla yanaşı uçuşların noyabrın 11-dən Təbriz-İstanbul marşrutu üzrə və əks istiqamətdə də həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, İsrailin İranın raket hücumuna cavab hücumu ilə bağlı bir neçə ölkə İrana uçuşları dayandırıb.

visiontv.az